14 sentyabr 2016 18:35
Rene Vayler: Qəbələ güclü rəqibdir, amma meydana qələbə üçün çıxacağıq
Belçikanın "Anderlext" klubunun baş məşqçisi Rene Vayler Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qəbələ" güclü komandadır. Onlar təsnifat mərhələsində Fransanın "Lill" klubunu mübarizədən kənarlaşdırıblar. Rəqib çox təşkilatlanmış oyun sərgiləyir, müdafiə olunur. Bizim üçün ağır oyun olacaq. Amma meydana qələbə üçün çıxacağıq. Biz həddən artıq müdafiəyə diqqət ayıran komandalara qarşı mübarizə aparmağa öyrəşmişik".
