14 sentyabr 2016 17:20
Riçard Almeyda: Slovana qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ına qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizi heç də asan oyun gözləmir. Bu turnirdə onsuz da asan oyun, zəif rəqib olmur. Yaxşı oynamağa çalışacağıq. "Qəbələ"yə də "Anderlext"ə qarşı keçirəcəyi səfər oyununda uğurlar arzulayıram. Yenidən iki komandamız bu turnirin qrup mərhələsinə vəsiqə qazanıb. Bu, çox yaxşı nəticədir".
