14 sentyabr 2016 16:40
Martin Latka: Bakıda bizi heç-heçənin qane etməsi matçın gedişatından asılı olacaq
Çexiyanın "Slovan" klubunun müdafiəçisi Martin Lakta Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Bizi səfərdə heç-heçə qane edəcəkmi? Bu, oyunun gedişatından asılı olacaq. Oyundan öncə hadisələri qabaqlamaq istəməzdim. "Qarabağ" son illərdə bir qayda olaraq Avropa Liqasının qrup mərhələsində çıxış edir. Bu da komandanın gücündən xəbər verir. Həm də onların yaxşı maliyyə imkanları var. Buna görə də yüksək keyfiyyətə malik futbolçulara malikdirlər. Onların necə oynadığını ən azından Plzen "Viktoriya"sı ilə matçlarda görmüşük".
