14 sentyabr 2016 16:00

"Millimiz üçün belə oyunla İspaniya ilə görüş çətin olacaq"

Futzal üzrə Azərbaycan yığmasının sabiq oyunçusu Namiq Məmmədkərimov millimizin DÇ-2016-nın final mərhələsində Mərakeşə qarşı keçirdiyi ilk oyundan (5:0) danışıb, qrupdan çıxmaq şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Yığmamızın oyununa baxdım. Komandamız güclü təsir bağışladı. Mərakeşlilər müdafiədə çoxlu səhvə yol verdilər. Millimizin məşqçilər korpusu bu oyunda o qədər də hiss olunmadı. Fikrimcə, onların işi İspaniya və İranla görüşlərdə görünəcək. Çünki Mərakeş qeyri-adi heç nə nümayiş etdirmədi.

Məşqçilər korpusu ilk oyunda yerli futbolçulara elə də çox şans vermədilər. Legionerlərdən isə yalnız bir-ikisini fərqləndirmək olar. Fikrimcə, belə oyunla İspaniya ilə matç yığmamız üçün çox çətin keçəcək. İstənilən halda komandamıza uğurlar arzulayıram. Belə bir qrupdan çıxması komandamız üçün çox böyük uğur olar. Hətta ikinci yeri də tutmaq olar. Bunun üçün İrana qalib gəlmək lazımdır. Çempionluğu isə biz yalnız arzulaya bilərik. Fikrimcə, finala İspaniya və Braziliya çıxacaq. İtaliya ilə Rusiyanı da siyahıdan silmək olmaz. Bunlar əsas favoritlərdir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.