14 sentyabr 2016 15:15

Voskoboynikov Azərbaycanda üzləşdiyi xoşagəlməz halları yada saldı

"Neftçi"nin sabiq hücumçusu Vladimir Voskoboynikov 2010-cu ildə oynadığı Azərbaycan karyerasından danışıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:

- Ölüm halları ilə tez-tez rastlaşırsınız?
- İki dəfə. Birinci dəfə "Luçe"də oynadığım vaxt. Moskvaya yeni müqavilə imzalamağa uçmaq istəyirdim. Amma zəng edib dedilər ki, baş direktoru öldürüblər. Bu, bütün planları pozdu, klubun strukturunu tam dəyişdi.

- Bəs ikinci?
- Azərbaycanda. Səfərdə oynayırdıq. Matçdan sonra bütün komanda üzvləri avtobusda, dörd klub işçisi isə ayrıca maşında gəlirdi. Səhər tezdən öyrəndik ki, həmin maşın ağır qəzaya uğrayıb, içindəkilərdən yalnız biri sağdır. Müsəlman ənənələrinə görə dəfn mərasimi dərhal təşkil olunur. Buna görə də klubun bazasında böyük çadır quruldu, ehsan verildi, molla oturmuşdu.

- Tabutsuz dəfn etdilər?
 Bəli, ağ mələfədə.

- Bakıdakı tribunalarda həmişə alov görmək olur?
- Yalnız Lənkəranda bir hadisəni xatırlayıram. Matçın sonuna beş dəqiqə qalmış yerli azarkeşlər meydana axışdılar, hakimi döydülər. Biz dərhal təhlükəsiz yerə qaçdıq. Orada təhlükəsizlik xidmətinin işçiləri, hərbçilər vardı. İki saat paltardəyişmə otağında gözlədik ki, insanlar sakitləşsinlər. Biz avtobusa oturub getmək istəsək də, məlum oldu ki, fanatlar bizi yolda gözləyirmiş. Onlar avtobusu daşa basdılar, şüşəni sındırdılar. Bir sözlə, oradan çətinliklə ayrıldıq. Bax həmin anlar qorxunc idi.

- Bakıda bazara gedirdiniz?
- Əlbəttə. Qara kürünü heç kim pulsuz verməzdi, amma quru meyvə olardı. Orada da "Neftçi-Neftçi", "Vladimir-Vladimir" qışqıranlar olurdu.

- Həyat tərzinə görə Gürcüstan Azərbaycandan çox fərqlənir?
- Azərbaycan resurslarının sayəsində daha imkanlı görünür. Amma mənə Gürcüstanda olmaq çox xoş idi. Yenidən ora qayıtmaq istəyirəm.

(Eurosport)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.