14 sentyabr 2016 13:40
Rəvan da topdaşıyan uşaq tapa bilmədiyi üçün cərimə edildi
Bu gün AFFA İnitam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Rəvan” – “Turan Tovuz” matçında ev sahibi “Rəvan” klubu oyunu topdaşıyan uşaqlarla təmin etmədiyinə görə 80 manat cərimə olunub.
“Zaqatala” – “Şahdağ” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
