14 sentyabr 2016 13:00
Qarabağ topdaşıyanlara, Neftçi azarkeşlərinə, Zirə futbolçularına görə cərimələndi
Bu gün AFFA İnitam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Neftçi” – “Qəbələ” matçının 5-ci və 48-ci dəqiqələrində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.
“Kəpəz” – “Zirə” matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 57-ci dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
“Qarabağ” – AZAL matçında ev sahibi “Qarabağ” oyunu topdaşıyan uşaqlarla təmin etmədiyinə görə 400 manat cərimə olunub.
