14 sentyabr 2016 12:30
FİFA Rəvanın daha 3 xalını silməyi tələb etdi
FIFA 22.08.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirib. Azerisport.az xəbər verir ki, qərarda “Rəvan” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Milos Adamoviç arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən klubun cari mövsüm aktivindən 3 xal silinməsi göstərilib.
Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:
1. Azərbaycan birinci divizionunda çıxış edən "Rəvan" FK-nın cari mövsüm aktivindən 3 xal silinsin.
