14 sentyabr 2016 12:00
AFFA rəhbərliyi Konqresdə iştirak edəcək
Bu gün Yunanıstanın paytaxtı Afinada UEFA-nın Konqresi keçiriləcək. Azerisport.az xəbər verir ki, UEFA prezidenti vəzifəsinə seçkinin keçiriləcəyi Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcək.
