14 sentyabr 2016 11:30

Vəli Qasımov: Hələ Neftçinin baş məşqçisiyəm, məndə başqa informasiya yoxdur

"Neftçi"nin baş məşqçisi Vəli Qasımovun azerisport.az saytına müsahibəsi

- Özünüzü necə hiss edirsiniz?
- Artıq yaxşıyam. Hər şey geridə qalıb. Artıq xəstəxanadan evə buraxılmışam. İşə çıxmağa hazırlaşıram.

- Siz hələ də "Neftçi"nin baş məşqçisiniz?
- Bəli. Məndə başqa informasiya yoxdur. Mətbuatda hər şey yaza bilərlər. İndi işə gedirəm. Nə olsa, orada öyrənəcəyəm.

- Deməli, sizə heç nə deyən olmayıb?
- Tezliklə sağalmağımı arzulayıblar. Başqa heç nə.

- "Neftçi" - "Qəbələ" matçını izləmisiniz?
- Bəli. Sizə deyim ki, komanda mənimlə belə uduzmazdı. Bunu birmənalı şəkildə deyirəm. Bu, böyük dəhşətlərdən biri idi.

- Futbolçuların çıxışı barədə nə deyərdiniz?
- Ehtimallar səsləndirə bilmərəm. Amma fakt budur ki, komanda çox istəksiz oynadı. "Neftçi" meydanda yox idi. Bircə "Qəbələ" var idi, o da sanki məşq edirdi.

- Mətbuatda sizin, Elnur Məmmədovun və Mübariz Xudiyevin qovulduğu bildirilir...
- Şübhəsiz ki, belə nəticədən sonra dəyişikliyə ehtiyac var idi. Hamımız "Neftçi"ni çox sevirik. Heç kim onu komandanı belə vəziyyətdə görmək istəməzdi. Belə davam edə bilməz.

- Siz buna hazırsınız?
- Vəziyyəti düzəltmək üçün lazım olan hər şeyi etmək lazımdır. Klubun Müşahidə Şurası var. Hər şeyə onlar qərar verməlidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.