14 sentyabr 2016 02:25
Vassura: Oğlum 2 qol vurmağımı istəmişdi, mən 3-nü vurdum
FİFA futzal üzrə Azərbaycan yığmasının üzvü Vassuranı Kolumbiyada təşkil olunmuş dünya çempionatında Mərakeşə qarşı keçirilmiş oyunun qəhrəmanı seçib. Azerisport.az xəbər verir ki, bu oyunda üç qola imza atan millimizin üzvü 5:0 hesablı qələbə ilə bağlı dünya futbol qurumunun rəsmi saytına açıqlama verib.
O, ilk qolu vurduqdan sonra kameralara yaxınlaşıb göstərdiyi tatuirovkadan danışıb: "Bu, mənim oğlumun adıdır - Erik. O, matçdan öncə mənə videomesaj göndərmişdi ki, bu oyunda iki qol vurum. Amma mən bu matçda onun istədiyindən də çox - üç qol vurdum. Oyundan sonra dərhal ona zəng etdim".
