14 sentyabr 2016 00:30
Samir Məsimovun komandası kubokun 1/4 finalında
Futbol üzrə Sloveniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub aşağı liqa təmsilçisi "Tolmin"lə üz-üzə gəlib. Elita təmsilçisi olan "Domjale" bu görüşdən inamlı qələbə ilə ayrılıb - 4:1.
Çempionat oyunlarının heç iştirak ərizəsində də yer ala bilməyən Məsimovun adı kubok matçının da iştirak ərizəsinə daxil edilməyib.
