13 sentyabr 2016 20:30
Azərbaycan yığması DÇ-nin 11 ən uğurlu komandası sırasında!
Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, artıq mundialın qrup mərhələsində 1-ci tura yekun vurulub.
İlk turun nəticələrinə görə, 11 komanda qələbə qazanıb. Onlar arasında Mərakeşə 5:0 hesabıyla qalib gələn Azərbaycan millisi də var. Millimizdən başqa Misir, Panama, Rusiya, Avstraliya, Vyetnam, Braziliya, İtaliya, İspaniya, Kosta-Rika və Argentina da ilk oyunlarından qalib ayrılıb. İlk turda millimizdən daha böyük hesablı qələbəni yalnız Misir əldə edib - 7:1.
Qeyd edək ki, DÇ-də bütövlükdə 24 komanda 6 qrupda mübarizə aparır. Pley-off mərhələsinə onlardan 16-sı çıxacaq.
