13 sentyabr 2016 20:00
Vladislav Qədirov: Neftçiyə kömək etməyə hazıram
"Neftçi"nin sabiq futbolçusu Vladislav Qədirov paytaxt klubunun üzləşdiyi çətinliklərdən söz açıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandanın keçmiş futbolçusu olaraq mənim üçün "Neftçi"nin "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətini görmək heç də xoş deyildi. Bu, çox ağırdır. Ümid edirəm ki, klub rəhbərliyi Azərbaycanın brendi sayılan bu komandanı veteranları, azarkeşləri ilə birgə düşdüyü bu çətin vəziyyətdən xilas edəcək. İndi günahkar axtarmağa dəyməz. Ümid edirəm ki, tezliklə hər şey yaxşıya doğru dəyişəcək. Şəxsən mən "Neftçi"yə lazımamsa, kömək etməyə hazıram".
