Qarabağ - Slovan: Mətbuat konfransları
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Slovan” (Çexiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Azerisport.az xəbər verir ki, sentyabrın 14-də "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 17:00-da media mənsublarının önünə çıxacaq.
Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Slovan”ın son məşqi isə saat 19:00-da qarşılaşmanın baş tutacağı “Dalğa Arena”da olacaq. Çexiya təmsilçisinin baş məşqçisi isə son məşqdən öncə saat 18:30-da “Dalğa Arena”nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, "Qarabağ" - "Slovan" matçı sentyabrın 15-də keçiriləcək və saat 19:00-da start götürəcək.
