13 sentyabr 2016 13:00
Ağasəlim Mircavadov: Neftçidə görüləcək işlər çoxdur
AFFA-nın Məşqçilər Komitəsinin sədri Ağasəlim Mircavadov "Neftçi"yə keçəcəyi barədə yayılan xəbərləri şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" mənimlə maraqlanır? Bu barədə mən heç nə bilmirəm. Məni neçə ildir tanıyırsınız, nəsə olsaydı, açıq söyləyərdim. Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Amma "Neftçi"də görüləcək işlər çoxdur. Bu komanda böyük tarixə malikdir. Belə bir klubla bu cür davranmaq lazım deyil. Bütün ölkə bu klubu sevir. Mən onların "Qəbələ" ilə oyununa (0:8) baxa bilmirdim. Buna ürək dözmür. Bağda idim, ilk hisədən sonra baxmaq istəmədim. Hətta nəvələrimi də qoymadım baxsınlar. Klubun tarixində hələ belə rüsvayçılıq olmamışdı".
