13 sentyabr 2016 11:40
İspaniya Azərbaycanla oyun öncəsi İranı darmadağın etdi
Kolumbiyada təşkil olunan dünya çempionatında Azərbaycan yığmasının yer aldığı F qrupunda daha bir oyun baş tutub. Azerisport.az xəbər verir ki, İran İspaniya ilə üz-üzə gəlib.
Qarşılaşma 5:1 hesabıyla ispanların qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan yığması start matçında Mərakeşə 5:0 hesabıyla qalib gəlib. Millimiz növbəti matçını sentyabrın 15-də İspaniyaya qarşı keçirəcək.
