13 sentyabr 2016 11:20

Tyaqu: İspaniyaya da qarşı Mərakeşlə görüşdəki kimi oynamalıyıq

Futzal üzrə Azərbaycan yığmasının üzvü Tyaqu Kolumbiyada təşkil olunan dünya çempionatının qrup mərhələsində Mərakeş üzərində qazandıqları 5:0 hesablı qələbədən sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Mərakeş üzərində qələbə barədə nə deyərdiniz?
- Matç bizim üçün çox yaxşı alındı. Biz ələ düşən qol vəziyyətlərindən yararladıq. İnamlı qələbə qazansaq da, bu, asan başa gəlmədi. Buna baxmayaraq, yaxşı oyun sərgiləməyi bacardıq. Meydanda var gücümüzü qoyduq. Buna görə də belə nəticə alındı.

- İlk 10 dəqiqə xüsusilə çətin alındı?
- Bəli. Axı bu, bizim DÇ-də debüt oyunumuz idi. Tədricən uyğunlaşdıq və nəticədə yaxşı oynamağa başladıq.

- 5:0 qrupdan çıxmaq yolunda top fərqinin yaxşı olması baxımından da işinizə yaraya bilər...
- Bəli, bununla razıyam. Qrupdakı qalan oyunlarımızın necə alınacağını bilmirik. Amma ilk oyunda yaxşı nəticə qazanmağa nail olduq. Müdafiədə uşaqlar çox əla çıxış etdilər. Rəqibə heç bir şans vermədilər. Rövşən Hüseynlinin də çıxışını xüsusi qeyd edərdim.

- Qrupdakı şanslarınız barədə nə düşünürsünüz?
- Qrupumuz çox çətindir. Qarşıda İspaniya və İranla oyunlar var. İspanlar ümumiyyətlə bu turnirin favoritidir. Onlara qarşı Mərakeşə qarşı çıxış etdiyimiz kimi oynamağımız lazımdır. Mənə elə gəlir ki, belə oyunla biz İspaniyaya da qalib gələ bilərik.

- Həddən artıq səs-küylü açıqlama olmadımı?
- Düşünmürəm. Bizim güclü komandamız var. Düzdür, Azərbaycan hələ indiyə qədər İspaniyaya qalib gələ bilməyib. Amma niyə də buna indi nail olmayaq? Meydançada beş ispan futbolçuya qarşı bizim beş futbolçumuz mübarizə aparacaq. Odur ki, şanslar bərabərdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.