13 sentyabr 2016 10:45
Miltinyo: Bunun nəticəsində belə qələbə qazana bildik
Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Mərakeş – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Miltinyo fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 5:0 hesablı qələbədən sonra bunları söyləyib:
“Bugünkü uğurumuzun əsas səbəbi yüksək keyfiyyətli kollektiv iş görməyimizdir. Həm məşqçi heyəti, həm də oyunçular birlikdə xeyli iş görmüşük və bunun nəticəsində belə qələbə qazana bildik. İndiki məqamda qalibiyyətimizdən zövq almağı bacarmalıyıq, amma unutmaq olmaz ki, dünya çempionatı yenicə başlayıb və biz cəmi 1 oyun keçirmişik. Artıq sabahdan başlayaraq yeni oyuna, yeni rəqibə qarşı mübarizəyə hazırlaşmağa başlayacağıq”.
