13 sentyabr 2016 00:40
Amaedu: Azərbaycanın Mərakeşə qalib gələcəyinə inanıram
Futzal üzrə Azərbaycan yığmasının sabiq üzvü Amadeu millimizin dünya çempionatındakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmaya niyə çağırılmadığımın səbəbini bilmirəm. Bu barədə qərarı Miltinyonun və ya başqasının verdiyindən də xəbərim yoxdur. Əlbəttə, yığmaya Kolumbiyada kömək etməyi çox istərdim. Çünki Azərbaycan yığması ilə dünya çempionatında oynamağı xəyal edirdim. Amma mənə dəvət göndərmədilər. Yığmaya uğurlar arzulayıram. Çünki orada çoxlu dostum var. Komandanı çətin oyunlar gözləyir. Xüsusilə də İspaniya ilə. Amma inanıram ki, Azərbaycan Mərakeşə qalib gələcək".
