13 sentyabr 2016 00:05
Kəpəz - Zirə matçında 4 qol
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 4-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də bir görüş baş tutub.
“Kəpəz” doğma meydanda “Zirə” ilə qarşılaşıb. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.
Əvəzedicilərin çempionatı
4-cü tur
12 sentyabr
“Kəpəz” - “Zirə” - 2:2
Qollar: Əli Səmədov, 20. Fariz Məmmədov, 45+1-pen. - Elgün Nəbiyev, 3. Amil Atakişiyev, 88.
