12 sentyabr 2016 21:00

Qurbanov: Belçikadan xalla dönməyə çalışacağıq

Topaz Premyer Liqasının 4-cü turunda “Neftçi” ilə qarşılaşan “Qəbələ” səfər oyununda 8:0 hesabı ilə qalib gəlib. Azerisport.az xəbər verir ki, görüş “qırmızı-qaralar”ın son transferlərindən olan Ruslan Qurbanov üçün əlamətdar olub.

Hücumçu debüt matçında 2 qol vurmağı bacarıb. Qurbanov oyun haqda fikirlərini klub saytına açıqlayıb:

“Neftçi” ilə oyunda əsas vəzifəmizin öhdəsindən gəlib, vacib qələbə qazandıq. Bu görüşdə bizə lazım olan 3 xalı əldə etdik. Düzünü deyim ki, hesabın belə olacağını gözləmirdim. 8:0 hesabı ilə qalib gəlməyimiz göstərir ki, düzgün yoldayıq. Hesabın belə olmasını onunla izah edərdim ki, baş məşqçimizin bütün tapşırıqlarını lazımı səviyyədə yerinə yetirdik. Üstəlik meydanda istədiyimiz hər şey alınırdı. Yığmanın düşərgəsindən yeni klubuma qayıtdığımdan Ukraynadakı toplanışda da iştirak edə bilmədim. Hazırlıqlara sonradan qoşulmağıma baxmayaraq, ilk oyunda start heyətində yer aldım. Göstərdiyi etimada görə baş məşqçimizə təşəkkür edirəm. Debüt matçımı dəyərləndirmək istəməzdim. Buna kənardan qiymət verə bilərlər. Lakin düşünürəm ki, daha yaxşı oynamaq iqtidarındayam. Üzərimdə çalışıb, oyundan-oyuna artırmaq, daim inkişaf etmək istəyirəm. İlk matçda iki qol vurmağımı isə gözlənilməz adlandırmazdım. Çünki oyuna qol vurmaq üçün çıxıram. Çalışacağam ki, bundan sonrakı matçlarda da qol hesabımı artırım. Əsl hücumçu kimi qollara acam və hər qarşılaşmada fərqlənmək istəyirəm. “Neftçi” ilə görüşdə rəqib qapısına yol tapmaq üçün başqa imkanlarım da oldu, amma yalnız ikisindən yararlandım. Vurduğum qollara görə əməyi olan komanda yoldaşlarıma da təşəkkür edirəm”.

“Qəbələ” sentyabrın 15-də UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək. Qurbanov Brüsseldə “Anderlext”ə qarşı keçiriləcək səfər matçında da uğur qazanmaq əzmində olduqlarını bildirib: “Artıq “Anderlext”lə UEFA Avropa Liqasının qarşıdakı oyununu düşünürük. Belçika təmsilçisi çox ciddi rəqibdir. Bu komandanı bütün dünyada tanıyırlar. Təbii ki, çətin oyun olacaq. Amma biz də səfərə yaxşı nəticə üçün yollanacağıq. Belçikadan xalla dönməyə, azarkeşlərimizi sevindirməyə çalışacağıq. Bu matça tam fərqli köklənmək lazımdır. Baş məşqçimiz qarşılaşma ilə bağlı lazım olan tapşırıqlarını verəcək. Biz də buna uyğun oynamalıyıq. “Neftçi” üzərində qələbənin qarşıdakı görüşə hər hansı təsirinin olacağını düşünmürəm. Çünki fərqli turnirlərdə, fərqli rəqiblərlə üz-üzə gəlirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.