12 sentyabr 2016 20:15
Məmmədovla Xudiyev də Neftçini tərk edir
"Neftçi" növbəti turda qarşılaşacağı "İnter"lə oyuna hazırlığı bayram günlərində də davam etdirir. Azerisport.az xəbər verir ki, komanda köməkçi məşqçi Tofiq Mustafayevin rəhbərliyi altında məşq edir.
Klubun Müşahidə Şurası artıq Vəli Qasımovun baş məşqçi postundan ayrılması barədə qərar qəbul edib. Böyük ehtimalla, son uğursuzluqlara görə klubun idman direktoru Elnur Məmmədovla onun müavini Mübariz Xudiyev də vəzifəsindən azad olunacaq. Bu barədə rəsmi qərarın isə bayramdan sonra elan olunması gözlənilir.
