12 sentyabr 2016 16:30

Miltinyo və Fərzəliyev DÇ-də ilk oyun öncəsi danışdı

Futzal üzrə dünya çempionatının final mərhələsində keçiriləcək Mərakeş – Azərbaycan oyunu ilə bağlı FİFA-nın təşkil etdiyi rəsmi mətbuat konfransında millimizin baş məşqçisi Miltinyo və komandanın kapitanı Rizvan Fərzəliyev fikirlərini bölüşüb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:

Miltinyo: “Yaxşı hazırlıq keçmişik. İlk dəfə iştirak edəcəyimiz dünya çempionatına hazırıq. İlk oyunda qələbə qazanmaq istəyirik. Mərakeş millisinin Afrika çempionatındakı bəzi oyunlarını izləmişik. Rəqibimiz haqda xoş sözlər deyə bilərəm. Onlar taktiki planda yaxşı təşkilatlanmış komandadır. Top özlərində olan zaman sürətli oynamağa çalışırlar. Oyunçuları fərdi qabiliyyətlərinə görə də seçilirlər. Asan oyun olmayacaq. Amma azarkeşlərimiz bizdən qələbə ilə start gözləyir. Təşkilatçılıq da yüksək səviyyədədir. Bu cür gözəl arenada layiqli mübarizə aparmaq lazımdır”.
 
Rizvan Fərzəliyev: “Buraya gəldiyimiz gündən dünya çempionatının həyəcanını hiss edirik. İlk dəfə qatıldığımız çempionatı xoş notlarla yaddaşlara həkk etmək niyyətindəyik. Komandamız qrupumuzun açılış oyununa hazırdır. Yaxşı kollektivimiz var və hər kəs məsuliyyətini dərk edir. Təbii ki, Mərakeşlə oyunda qələbə qazanmaq üçün meydanda əlimizdən gələni maksimum dərəcədə edəcəyik. Məqsədimiz qrupdan növbəti mərhələyə yüksəlməkdir. Bu yolda başlanğıcdan çox şey asılıdır. Rəqibin oyunlarını izləmişik, məşqçilərimiz müəyyən təhlillər aparıb. Bilirik ki, bu mərhələdə zəif komanda olmur. Üstəlik, Mərakeş millisi Kolumbiyaya Afrika çempionu kimi təşrif buyurub. Taktiki-texniki cəhətdən yaxşı təsir bağışlayırlar. Fərdi oyuna üstünlük verirlər. Zəif nöqtələrini özümüz üçün təsbit etmişik. Bundan maksimum yararlanmağa çalışacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.