12 sentyabr 2016 16:00
Millimizin Mərakeşlə oyununun hakimləri açıqlandı
Futzal üzrə Azərbaycan yığmasının Kolumbiyada təşkil olunmuş dünya çempionatında Mərakeşə qarşı keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu oyuna Joze Katemo (Anqola), Eduardo Fernandes (Portuqaliya) və Kamil Çətin (Türkiyə) təyinat alıb.
Qeyd edək ki, Mərakeş - Azərbaycan matçı bu gecə saat 3:00-da start götürəcək.
