12 sentyabr 2016 15:30

Joze Alesio: Azərbaycan DÇ-yə qələbə ilə başlaya bilər

Futzal üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi, hazırda Qazaxıstan millisində çalışan Joze Alesio bu gün Kolumbiyadakı mundialda debüt matçına çıxacaq komandamızın şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Azərbaycan digər qruplarla müqayisədə çətin qrupa düşüb. Miltinyonu tanıyıram. Bilirəm ki, güclü mütəxəssisdir. Təcrübəli mütəxəssisdir və hər bir rəqib qarşı necə oynamaq lazım olduğunu yaxşı bilir. Fikrimcə, onun komandası DÇ-nin startına tam hazır olacaq. Baxmayaraq ki, Azərbaycan yığmasının hazırlıq üçün elə də çox vaxtı olmadı. Ola bilsin ki, vaxt daha çox olsaydı, komandanız mundiala daha yaxşı hazırlaşardı. Bildiyim qədərilə, Miltinyo baş məşqçi postuna gələndən sonra yeni komanda formalaşdırıb".

"Mundialda zəif rəqib olmur. Burada zəif rəqib ümumiyyətlə yoxdur. Düzdür, 3-4 komanda var ki, DÇ-nin aşkar favoriti hesab olunurlar. Amma bu, digər komandaların zəif olduğunu söyləməyə əsas vermir. Geridə qalan iki gündə baş tutan oyunlar da göstərir ki, matçlar necə çətin keçir. Azərbaycan ilk oyununda Mərakeşlə qarşılaşacaq. Fikrimcə, komandanız mundiala qələbə ilə başlaya bilər".

"Azərbaycana həm Mərakeşlə, həm də İspaniya və İranla oyunlarda azarkeşlik edəcəyəm. Aydın məsələdir ki, ispanlara qarşı oynamaq xüsusilə çətin olacaq. Bu rəqibə qarşı mübarizə aparmaq dünyanın istənilən komandası üçün çətindir. Amma mən Azərbaycan yığmasına sonadək inanacağam. Azərbaycan mənim üçün çox doğmadır. Orada altı il yaşamıram, çoxlu qələbələrə sevinmişəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.