12 sentyabr 2016 15:00
Qəbələnin Anderlextlə matçı avstriyalılara tapşırıldı
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunun - Belçika "Anderlext"i ilə qarşılaşmanın hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA bu oyunu avstraliyalı hakimlərə həvalə edib.
Qarşılaşmanın baş hakimi Harald Lexner olacaq. Ona yan xətt hakimləri Maksimilian Kolbiç və Andreas Harndrayx kömək edəcək. Dördüncü hakim funksiyasını Andreas Ştaudinger yerinə yetirəcəkcsə, qapı arxası hakimlər Markus Hameter və Aleksandr Harkam olacaq.
Qeyd edək ki, "Anderlext" - "Qəbələ" matçı sentyabrın 15-də Brüsseldəki "Konstant Vandenstok"da keçiriləcək və saat 21:00-da start götürəcək.
