12 sentyabr 2016 14:45
Qarabağ - Slovan matçında isveçrəli hakim
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunun - Çexiya "Slovan"ı ilə qarşılaşmanın hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA bu oyunu isveçrəli hakimlərə həvalə edib.
Qarşılaşmanın baş hakimi Ştefan Klossner olacaq. Ona yan xətt hakimləri Rafael Çeder, Jan-İv Vixt kömək edəcək. Dördüncü hakim funksiyasını isə Yohannes Foqel yerinə yetirəcək. Qapı arxası hakimlər isə Alen Byeri və Saşa Amhof olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Slovan" matçı sentyabrın 15-də "Dalğa Arena"da keçiriləcək və saat 19:00-da start götürəcək.
