12 sentyabr 2016 13:30
Vəli Qasımovun vəziyyəti stabildir
"Neftçi"nin baş məşqçisi Vəli Qasımovun müalicəsi hələ də xəstəxanada davam etdirilir. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı artıq üç gündür ki, xəstəxanadadır.
Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti hazırda stabildir. Bu gün və ya sabah Qasımovun evə buraxılması planlaşdırılır.
