12 sentyabr 2016 13:00

Petar Franyiç: Neftçiyə qol vura bilmədiyim üçün bir az məyus oldum

"Qəbələ"nin yarımmüdafiəçisi Petar Franyiç Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Neftçi" üzərində qazandıqları 8:0 hesablı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Bu, mənim debüt oyunum idi. Ona görə bir qədər həyəcan vardı. Amma oynamağı çox istəyirdim. Meydana da böyük istəklə çıxmışdım. 3-4 qol epizodum olsa da, vura bilmədim. Bu üzdən bir az məyusam. Buna baxmayaraq, ilk oyunum olduğunu nəzərə alsaq, hər şey normaldır. İnanram ki, qarşıdakı oyunlarda qol da vuraram.

Azərbaycana gəlməzdən əvvəl buradakı klublar barədə müəyyən şeylər eşitmişdim. Onların arasında "Neftçi" də vardı. Etiraf edim ki, bu hesabla qalib gələcəyimizi gözləmirdim. Oyundan sonra öyrəndim ki, bu klubun işləri yaxşı getmir. İstənilən halda biz layiqli qələbə qazandıq, 3 xala sahib çıxdıq. Bu nəticə Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"i ilə oyun öncəsi bizim üçün yaxşı motivasiyadır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.