12 sentyabr 2016 00:50
Budaq Nəsirov oynamadı, Sportinq uduzdu
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Varzim"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3. Nəsirovun adı qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, 6 turdan sonra "Sportinq"in ikinci komandası 4 xalla 22 komanda arasında 20-ci pillədə qərarlaşıb.
