12 sentyabr 2016 00:40
Eddi İsrafilovun komandası ilk qələbəsini qazandı
Futbol üzrə İspaniya ikinci liqasında (Liqa Adelante) 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Xetafe" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 3:0.
İsrafilov start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Kadis" 4 turdan sonra 5 xalla 22 klub arasında 8-ci pillədə qərarlaşıb.
