12 sentyabr 2016 00:30
Mahmudovun komandası Braqaya uduzdu
Futbol üzrə Portuqaliya Premyer Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Mahmudovun komandası - "Boavişta" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Braqa" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
Eminin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Boavişta" 4 turdan sonra 5 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.
