12 sentyabr 2016 00:25
Qəbələnin rəqibindən çətin qələbə
Futbol üzrə Belçika çempionatında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Sportinq Şarlerua" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən qələbə ilə ayrılıb - 3:2.
Matçın 19-cu dəqiqəsində məğlub duruma düşən "Anderlext" Lukaş Teodorçik (57-ci dəqiqə), Sofiane Hanni (66) və Yiro Tilemansın (68) vurduğu qollarla dönüş yaratmağı bacarıb. Azlıqda mübarizə aparan qonaqların gücü isə 90-cı dəqiqədə hesab arasındakı fərqi minimuma endirməyə çatıb.
Qeyd edək ki, "Anderlext" 6 turdan sonra 12 xalla 16 klub arasında 2-ci pillədə qərarlaşıb.
