12 sentyabr 2016 00:15
Samir Abasov: Qorxduğumuz başımıza gəldi
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "İnterə"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bir ay idi ki, rəsmi oyuna çıxmamışdıq. Ən çox qorxduğumuz o idi ki, futbolçularımız həyəcanlı olacaq. Qorxduğumuz başımıza gəldi. İlk dəqiqələrdə həyəcanlı görünürdülər. Bəlkə də uzun müddətdi oynamamağmızın fəsadıdır".
