Qəbələnin rəqibi heç-heçə ilə kifayətləndi
Futbol üzrə Almaniya Bundesliqasında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - "Maynts" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Hoffenhaym" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu oyundan heç-heçə ilə ayrılıb - 4:4. Halbuki, "Maynts" bu oyunun gedişində 3:0, 4:1 hesablı üstünlüyə malik olub. 3-cü dəqiqədə hesabı açan Pablo De Blasis 23-cü dəqiqədə dublunu rəsmiləşdirib. 27-ci dəqiqədə Con Kordoba meydan sahiblərinin üstünlüyünü 3 topa çatdırıb. 40-cı dəqiqədə qonaqlar buraxılan toplardan birinin əvəzini çıxıblar - 3:1. Amma fasiləyə qədər Levin Mete Öztunalı "Maynts"ın 4-cü qolunu vurub. İkinci hissədə isə hər şey "Qəbələ"nin rəqibinin əleyhinə işləyib. 58-ci dəqiqədə Qaetan Bussman birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub. 71, 73 və 84-cü dəqiqələrd isə "Hoffenhaym" 3 qol vuraraq, "Maynts"ı qələbədən edib.
Qeyd edək ki, 2 turdan sonra cəmi 1 xala malik olan "Qəbələ"nin rəqibi 18 klub arasında 14-cü pillədə qərarlaşıb.
