12 sentyabr 2016 00:10
Qarabağın rəqibi mövsümə qələbə ilə başladı
Futbol üzrə Yunanıstan çempionatında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan PAOK da ilk matçını keçirib.
Sözügedən klub doğma meydanda "Panaitolikos"la qarşılaşıb. Oyun PAOK-un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin qollarını 2-ci dəqiqədə Dieqo Bisesvar və 27-ci dəqiqədə Qarri Mendes Rodriqes vurub. Qonaqlar isə matçın 90-cı dəqiqəsində təsəlli qoluna imza ata biliblər.
