11 sentyabr 2016 21:00
Mövsümün ən erkən qolu
Bu gün Topaz Premyer Liqasında 4-cü tura yekun vurulur. Azerisport.az xəbər verir ki, turun qapanış matçında "İnter" səfərdə "Sumqayıt"la qarşılaşır.
Bu oyunun 2-ci dəqiqəsində vurulan qol əlamətdar olub. Belə ki, "İnter"in müdafiəçisi Denis Silvanın sumqayıtlıların qapısından keçirdiyi qol mövsümün ən erkən qoludur.
Düzdür, elə bu tur "Qarabağ" da AZAL-la oyunda 2-ci dəqiqədə qol vurmuşdu. Amma D.Silvanın vurduğu qol Reynaldonun vurduğu topdan da erkən alınıb. Ağdamlıların forvardı 1:51-ci dəqiqədə fərqlənmişdisə, həmyerlisi buna 1:44-də nail olub.
