11 sentyabr 2016 20:00
Qarabağın rəqibinə yağış əngəli
Bu gün İtaliya A Seriyasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Fiorentina" səfərdə "Cenoa"nın qonağı olub.
Amma bu qarşılaşma başa çatdırılmayıb. Belə ki, güclü yağış səbəbindən oyun elə birinci hissədə dayandırılıb. Görüşün qaldığı yerdən başqa vaxt davam etdirilməsinə qərar verilib.
