11 sentyabr 2016 18:00
3-cü legioner, 51-ci futbolçu
Topaz Premyer Liqasının 4-cü turu daha bir futbolçunun 250-ci oyununu keçirməsi ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, 2-ci turda Samir Zərgərov, 3-cü turda Ruslan Əmircanov buna nail olmuşdusa, bu dəfə Viktor İqbekoyi 250-ni fəth edib.
“Zirə”nin futbolçusu “Kəpəz”lə səfər matçında yubileyini qeyd edib. 2006-cı ildən Azərbaycanda çıxış edən nigeriyalı 11-ci mövsümdür oynadığı Premyer Liqada “Turan”, “Qarabağ”, AZAL və “Zirə”nin şərəfini qoruyub. 250 matçda 47 qol vuran afrikalı buna nail olan 51-ci oyunçu kimi tarixə düşüb. İqbekoyi Azərbaycan çempionatında ən çox oyun keçirən 3 legionerdən biridir. “Zirə”nin futbolçusunadək yalnız milliləşənlər – ukraynalı Aleksandr Çertoqanovla rusiyalı Arif Daşdəmirov 250-ni arxada qoymuşdu.
