11 sentyabr 2016 17:00
Millimiz Fransa yığmasına yenə uduzdu
Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, 7-ci yer uğrunda oyunda Fransa ilə qarşılaşan millimiz 3:4 hesabı ilə məğlub olub.
Futbolçularımızdan Asif Zeynalov, Renat Sultanov və Sabir Allahquliyev fərqlənib.
Nəticədə, komandamız İtaliyada 8-ci yerlə kifayətlənməli olub.
Xatırladaq ki, Azərbaycan millisi bu turnirdəki əvvəlki oyunlarında Macarıstan (7:3), Bolqarıstan (4:1), İspaniya (3:2), Türkiyə (3:1), Fransa (2:3), İsveçrə (6:7) və Çexiya (3:4) ilə qarşılaşmışdı.
