Azərbaycan çempionatlarında 2-ci dəfə
“Neftçi”nin futbolçusu Jayro ardıcıl 2-ci oyunda avtoqol müəllifi olub. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 3-cü turunun “Qarabağ”la avqustun 21-də keçirilən qarşılaşmasında (0:3) öz qapısına qol vuran braziliyalı sentyabrın 10-da baş tutan 4-cü turun “Qəbələ” ilə görüşündə (0:8) də eyni xətaya yol verib.
Bununla da o, ardıcıl iki tur avtoqol edən 2-ci futbolçu kimi Azərbaycan çempionatları tarixinə düşüb. İlk belə uğursuz isə ötən mövsüm qeydə alınmışdı. “Sumqayıt”ın üzvü Cəmil Hacıyev ötən ilin noyabrında “Zirə” və “Qəbələ” ilə matçlarda “fərqlənmişdi”. Jayro eyni mövsümdə 1-dən artıq avtoqol edən 5-ci oyunçudur.
Natiq Qasımov (MOİK) 2005/06 mövsümündə ikisi eyni oyunda olmaqla öz qapısına 3 qol vurubsa, Ruslan Abışov (“Neftçi”) 2011/12, Eltun Yaqublu (AZAL) 2014/15 mövsümlərində Hacıyev və Rodriges kimi 2 dəfə üzüntü yaşamışdı.
Ümumilikdə isə Jayro 1-dən çox avtoqol müəllifi olan 20-ci futbolçudur. Natiq Qasimov, Ayxan Abbasov və Saşa Yunisoğlu 3, 17 futbolçu isə 2 dəfə öz qapıçısını məyus edib.
