11 sentyabr 2016 15:00
Slovan Qarabağla oyun öncəsi müdafiəçisini itirdi
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiyanın "Slovan" klubu aparıcı futbolçusunun xidmətindən məhrum olub. Azerisport.az xəbər verir ki, ötən gün baş tutan "Viktoriya" ilə çempionat oyununda (1:2) liberetslilərin müdafiəçisi Lukaş Pokornı sıradan çıxıb.
Matçın sonunda zədələnən 23 yaşlı futbolçu əvəzlənmək məcburiyyətində qalıb. Hələlik, Pokornının zədəsinin nə qədər ciddi olduğu dəqiqləşməsə də, "Qarabağ"a qarşı oynamaması ehtimalı böyükdür.
Qeyd edək ki, "Qarabağ" - "Slovan" matçı sentyabrın 15-də "Dalğa Arena"da keçiriləcək və saat 19:00-da start götürəcək.
