11 sentyabr 2016 12:00
Neftçi yeni baş məşqçi axtarışına çıxdı
"Neftçi"nin Müşahidə Şurasının son iclasında verilən qərarlardan sonra paytaxt klubu yeni baş məşqçi axtarışına çıxıb. Azerisport.az xəbər verir ki, "ağ-qaralar" indiki çalışdırıcısı Vəli Qasımovu başqası ilə əvəzləməyə hazırlaşırlar.
Bakılılar onun əvəzləyicisi kimi həm əcnəbi, həm də yerli məşqçilərin namizədliyinə baxırlar.
