11 sentyabr 2016 11:30

Filip Ozobiç: Neftçiyə daha çox qol vurmaq istəyirdik, amma 8 top da az deyil

"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiçin azerisport.az saytına müsahibəsi

- "Neftçi" üzərində qələbə (8:0) ilə bağlı nə deyə bilərsiniz?
- Yaxşı matç keçirdiyimizi demək olar. Çox qol vurduq ki, bu da sevindirməyə bilməz. Avropa Liqası çərçivəsində qarşılaşacağımız Belçika "Anderlext"i ilə oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşacağıq.

- İlk yarıdan sonra hesabın 5:0 olduğunu nəzərə alsaq, ikinci hissədə meydana çıxmaq çətin olmadı? Gücünüzə qənaət etməyə çalışdınız?
- Xeyr. Baş məşqçi sona qədər oynamaq lazım olduğunu bildirdi. Daha üç qol vurmağımız da göstərdi ki, biz bu görüşdə qətiyyən arxayınlaşmadıq.

- Daha çox qol vurmaq istəyirdiniz?
- Əlbəttə, daha çox qol vurmaq istəyirdik. Amma 8 qol da az deyil. 100 faizli qol epizodlarının hamısını nəzərə alsaq, hesab 12:0 və ya 13:0 da ola bilərdi.

- Bu qələbənin "Anderlext"lə oyuna nə kimi təsiri ola bilər?
- Bu, artıq tam fərqli oyun olacaq. Sadəcə, ciddi hazırlaşmalı və "Neftçi" ilə matça yanaşdığımız kimi yanaşmalıyıq.

- Hesabda öndə olduğunuza görə komanda yoldaşlarınız müxtəlif kombinasiyalar həyata keçirməyə başladılar. Bu oyunu yaxşı məşq adlandırmaq olar?
- Razı deyiləm. "Neftçi" normal komandadır. Sadəcə, bu gün bizim oyunumuz alındı. Kombinasiyalarımız da yaxşı alınırdı.

- "Qarabağ" bu tur 6, "Qəbələ" 8 cavabsız qolla qalib gəldi. Bu nəticələrdən sonra demək olar ki, çempionluq uğrunda məhz bu iki klub mübarizə aparacaq?
- Bəli. Amma bunun üçün bizim hər oyunda yaxşı oynamağımız lazımdır.

- "Qəbələ" Avroliqanın qrup mərhələsində də uğurlu ola biləcək?
- Belçika klubu zəif deyil. Amma biz də yüksəlişdəyik. Oraya da yalnız yaxşı futbol oynamağa və müsbət nəticə ilə qayıtmaq üçün gedirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.