11 sentyabr 2016 00:50
Millimizin üzvü Qalatasaraya qarşı 90 dəqiqə oynadı
Türkiyə Super Liqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Qalatasaray" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Ötən tur "Fənərbaxça"ya qol vuran Ufuk bu görüşə də start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Kayserispor" 3 turdan sonra 2 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.
