11 sentyabr 2016 00:20
Qarabağın rəqibi Viktoriyaya uduzdu
Futbol üzrə Çexiya çempionatında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Slovan" da növbəti matçına çıxıb.
Libereç təmsilçisi doğma meydanda "Viktoriya" ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2. "Slovan"ın yeganə qolunu 90-cı dəqiqədə Nikolay Komliçenko vurub.
Maraq üçün xatırladaq ki, "Viktoriya" bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırmışdı. Plzen təmsilçisi doğma meydanda qolsuz bərabərliyə razılaşdığı Ağdam klubunu Bakıdakı səfər qolu ilə ÇL-dən uzaqlaşdırmışdı - 1:1.
"Slovan"a gəlincə, bu komanda hazırda 5 xalla 16 klub arasında 10-cu pillədə qərarlaşıb.
