11 sentyabr 2016 00:10

Krşevan Santini: Neftçi böhranın dibindədir

"Neftçi"nin qapıçısı Krşevan Santini Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Qəbələ"yə 0:8 hesabıyla uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Matçla bağlı nə deyərdiniz?
- Nə deyim, bilmirəm. Bu, sadəcə, dəhşət idi. Həyatımın ən pis oyunu idi. Azarkeşlər qarşısında həm özümə, həm də komandama görə üzr istəyirəm. İşə bu cür yanaşma yolverilməzdir.

- Elə ilk yarıda beş qol buraxsanız da, daha çox ikinci qol zamanı səhviniz diqqət çəkdi...
- İkinci qoldakı səhvimə görə də hamıdan üzr istəyirəm. Doğrudan da sırf mənim səhvim idi. Fasilədə komanda yoldaşlarımla da bunu danışdıq. Biz böhranın dibindəyik. Bundan pis ola bilməz.

- Buna görə əvəzləndiniz?
- Məşqçinin qərarı belə oldu. Mən ona psixoloji cəhətdən oynamağa hazır olduğumu söylədim. Amma o, əvəzlənməyimə qərar verdi.

- Komandadan kompensasiyasız getməyə hazırsınız? Və ya digər legionerlərdən belə bir fikirdə olan var?
- Ağır sualdır. İsti başla belə sözlər demək yaxşı olmaz. Düşünmürəm ki, hər şeyi o dərəcədə radikal şəkildə dəyişmək lazımdır.

- Vəli Qasımovun yoxluğu sizə təsir etdi?
- Bu, səbəb deyil. Bu məğlubiyyətin bəraəti yoxdur. Qasımovun durumu ilə bağlı xəbəri biz də oyundan iki saat öncə öyrəndik. Bu, şok effekti yaratdı. Bu məğlubiyyətə görə ondan da üzr istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.