10 sentyabr 2016 22:10
"Qəbələ bu gün Neftçidən bütün komponentlərdə daha üstün idi"
"Neftçi"nin məşqçisi Tofiq Mustafayev Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:8 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Vəli Qasımovun sağlamlığı ilə bağlı vəziyyət bizim üçün sürpriz oldu. Matça gəlincə, ola bilsin ki, futbolçularda psixoloji baxımdan çətinliklər var. Bu gün çoxlu səhvə yol verdik, eləcə də taktiki səhvlərimiz çox oldu. Futbolçularla psixoloji baxımdan daha çox çalışmaq lazımdır. Uşaqlar nə üçün, necə komandada oynadıqlarını bilməlidirlər. "Qəbələ" bu gün bütün komponentlərdə daha üstün idi. Bu cür nəticə çox üzücüdür". (CBC)
