10 sentyabr 2016 20:30
Neftçi fanatları rəhbərliyi və baş məşqçini istefaya çağırır
"Neftçi" fanatları yenidən tribunaya qayıdıblar. Azerisport.az xəbər verir ki, uzun müddət idi komandanın uğursuz çıxışına görə boykot qərarı seçən fanatlar stadiona getmirdilər.
Amma bu gün Masazırdakı "Əlincə Arena"da keçirilən "Qəbələ" ilə oyunda paytaxt klubunun fanatları yenidən öz yerlərini alıblar. Buna səbəb isə onların klub rəhbərliyini, baş məşqçini istefaya səsləməyə qərar vermələridir.
Hazırda onlar matçın əvvəlindən etibarən həm Vəli Qasımovu, həm də rəhbərliyi istefa verməyə səsləyirlər.
